DƏRSLƏR

"Knowledge has no value unless you use and share it." - Abdul Sattar Edhi

"ə" hərfinin orta xəttinin səviyyəsi haqda

Bəzi fontlarda (xüsusən serif fontlarda) "Ə" hərfinin orta xətti heç də tam ortada olmur. Orta xətti tapmaq üçün bəzi hərflərin orta elementlərindən istifadə etmək olar.

ardı

Serif və sans-serif fontların fərqləri

Serif - kiçik hərf çıxıntılarıdır. Bu çıxıntıları olan fontlarla çap olunmuş yazılar adətən gözü yormur. Bu səbəbdən kitablar və qəzetlərdə mətnlərdə çox istifadə olunur (good for readability). Belə serif fontlara ən məşhur misal olaraq Times, Garamond, Georgia fontunu misal göstərmək olar.

Sans-serif - seriflləri olmayan ("sans" fransızcada -sız şəkilçisdir) - fontlar isə adətən başlıqlarda və monitor ekranlarında mətn yazıları üçün istifadə olunur (good for legibility). Belə sans-serif fontlara ən məşhur misal olaraq Helvetica, Arial, Tahoma fontunu misal göstərmək olar.


Fontu təyinatına görə istifadə edilməsi

"Görən, burada hansı fontu istifadə etsəm?" deyib axtara-axtara qaldığımız hallar çox olur. Ən problematik olan hal isə fontun düzgün təyinatı ilə istəfadə etməkdir. Məsələn, Comic Sans fontunun o qədər dar istifadə sahəsi olmasına baxmayaraq, "funny" olmasına görə yerli-yersiz hər yerdə istifadə etmək düzgün deyil. Məsələ o həddə çatıb ki, dünyada dizaynerlər tərəfindən ən nifrət edilən fonta çevrilib.

Bu infografik Niderlandlı tələbə Julian Hansen tərəfindən hazırlanıb. Fontlara səhifə-səhifə baxmaqdansa, müəyyən bir proyekt üçün font seçməyin alternativ yolunu təqdim edir. Burada Font Shop tərəfindən 100 Besten Schriften siyahısındakı 50 ən yaxşı font göstərilmişdir.

Liqatura istifadə qaydası

Əl yazısı - kaliqrafik stildə olduğundan çox mürəkkəb quruluşu var. Məsələn, diqqət etsəniz, Zapfino ilə yazılan bu yazıda sözün ortasındakı hər hansı bir "ə" hərfi ilə, sözün əvvəlindəki "ə" hərflər fərqlənir. Buna "alternates" deyirlər. Və eləcədə "də", "fə", "rə" və s. birləşmələrdəki hərflərin stili fərqlidir. Bu da "ligatures" adlanır. Liqaturalar oxunaqlığı və ahəngi tamamlamaq üçün istifadə olunur. Yuxarıdakı şəkildə "fi" liqaturasına fikir verin. Bu ən çox istifadə olunan liqaturadır. Yəqin indi Sizə aydın oldu ki, fontlar.info saytının ikonunu niyə məhz  seçmişəm.

ZapfinoDesire, Aphrodite kimi fontlar alternativ hərflərə sahibdir. Alternativlərin necə istifadə edildiyi videoda izah edilmişdi. Bu dəfə bir az da Word və Photoshop kimi standart programlarda bəzi alternativlər və ligaturaların istifadəsini izah edəcəm...

ardı

Font Terminologiyası (EN)

Tipoqrafiyada istifadə edilən əsas terminlər.

ardı

Font Təsnifatı

Fontların stillərinə görə təsnifatı, serif, humanistic və s..



"Э" hərfini "Ə"yə çevirmək

Geometric fontlarda Əə hərflərini düzəltmək, hələ-hələ kiril "Э" hərfi varsa və 180° çevrilmiş "e" bizim "ə"-yə oxşayırsa onda 90 saniyə kimi qısa bir müddətə bir font hazırlamaq mümkündür.

Dərsliyə bax